Müzakirələr finiş xəttində

On ildən çoxdur aparılan nüvə danışıqlarının 17 günlük marafonunun finiş xətti yavaş-yavaş görünür və hansı tərəflərin finiş xəttindən keçəcəkləri və ya keçə bilməyəcəkləri qarşıdakı saatlarda keçirilən iclaslardan asılıdır.
 
Maide.az-ın məlumatına görə, İran və Çin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq İyinin ikitərəfli iclası bu gün Vyananın Koburq otelində keçirilib.
 
Vanq İyi bu otelə daxil olmazdan qabaq deyib: "Ötən bir neçə gün ərzində həyata keçirilmiş sıx müzakirələrlə müzakirələrin yekun mərhələsində yeni irəliləyiş əldə olunub. Çin bu qənaətdədir ki, heç bir yekunlaşma kamil ola bilməz və yaxşı yekunlaşmaya çatmaq üçün şərait hazırdır."
 
İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı da bu gün "Bu gecə işin bitməsinə ümid vardırmı?" sualının cavabında deyib: Bu gecə və sabah gecənin vədini verə bilmərəm, lakin ümid yeri var.
 
Həmçinin müavinlər və ekspertlər mətnlərin üzərində işləmək və müzakirə aparmaqla məşğuldurlar və nazirlərin iclası müavinlərin işlərinin nəticələri əsasında təyin ediləcəkdir.

Google+ WhatsApp ok.ru