Bəhreynli şahzadə: Bacardığınız qədər yəmənliləri qırın

Maide.az-ın məlumatına görə, Bəhreyn kralının oğlu Nasir bin Həməd bin İsa Ali-Xəlifə Ərəbistan qüvvələri ilə həmkarlıq zamanı Yəmənə qarşı hücumlarda yaralanmış bəhreynli əsgərlərlə görüşdə deyib ki, öldürülən hər bir bəhreynli əsgərin intiqamını alaraq, beş yəmənli öldürülməlidir.
 
Bəhreyndə Ali-Xəlifə rejimi müxaliflərinə işgəncə verilməsində də ittiham olunan Nasir bin Həməd İnstaqram sosial şəbəkəsindəki şəxsi səhifəsində yaydığı videoda hərbi qospitalda və hərbi geyimdə bəhreynli əsgərlərdən yəmənliləri qırmağı tələb edir.
 
Bəhreyn ordusu bundan öncə bildirmişdi ki, bu ölkənin beş əsgəri Yəməndə döyüşlər zamanı öldürülüb.
 
Yəmənin xalq və ordu qüvvələri cümə günü Marəb vilayətindəki bir hərbi bazanı raket hücumuna məruz qoyublar.
 
Məlumatlara əsasən, Yəmənə təcavüz etmiş qüvvələrdən 83 nəfər, o sıradan beş bəhreynli əsgər bu raket hücumunda öldürülübdür.

Google+ WhatsApp ok.ru