Bəhreyndə insan haqlarının pozulması davam edir

Maide.az xəbər verir ki, Bəhreynli siyasi fəal İbrahim əl-Əradi insan haqlarının pozulması hallarının davam etməsi barədə xəbərdarlıq edib: "İnsan Haqlarına Nəzarət Təşkilatının son hesabatına əsasən Bəhreyndə insan azadlıqları kobud şəkildə pozulur, ölkə vətəndaşlarına qarşı ruhi, psixoloji və fiziki təzyiqlər və işgəncələr tətbiq edilir."
 
İbrahim əl-Əradinin sözlərinə görə, İnsan Haqlarına Nəzarət Təşkilatının hesabatı Bəhreyn Parlamentinin ölkədə heç bir siyasi məhbusun olmadığını iddia etdiyi bir vaxtda yayımlanıb və bu da Ali-Xəlifə rejiminin öz cinayətlərini ört-basdır etmək üzrə cəhdlərinin uğursuzluğa uğramasına səbəb olub.
 
İnsan Haqlarına Nəzarət Təşkilatı Bəhreyndə siyasi məhbusların işgəncə edilməsi, habelə, siyasi müxaliflərə qarşı repressiyaların tətbiq edilməsi barədə xəbərdarlıq edib.

Google+ WhatsApp ok.ru