Səudiyyə Ərəbistanda İmam Rza (ə) məscidinə hücumda 5 nəfər şəhid olub - VİDEO- YENİLƏNİB 29 Yanvar 2016 02:00 Dünya Maide.az xəbər verir ki, ilk öncə İmam Rza (ə) məscidində partlayış baş verib, daha sonra terrorçular məsciddə cümə namazına gəlmiş insanlara atəş açıblar. Hadisə nəticəsində 5 nəfər şəhid olub. Əl-Cəzirə televiziyası məlumat verir ki, bu terror aktı ilə bağlı polis iki nəfəri saxlayıb. **** Səudiyyə Ərəbistanının şərq hissəsində, Əhli-beyt (ə) davamçılarının sıx yaşadığı Ahsa bölgəsində terrorçuların Cümə namazı qılınan məscidə hücumu olub. Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, məscidə hücum edən terrorçular əllərindəki silahlarla insanlara atəş açıb. Nəticədə 3 nəfər şəhid olub. Şahidlərin bildirdiyinə görə, hücum zamanı 10-dan çox insan xəsarət alıb. Terrorçular bir qumbaranı məscidin həyətində partladıb, burada da xəsarət alanlar olub. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri əynində kamikadze jileti olan terrorçuları zərərsizləşdirə bilib. Teqlər : #Səudiyyə Ərəbistanda İmam Rza (ə) məscidinə hücumda 5 nəfər şəhid olub VİDEO YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cenevrədə Suriya danışıqları başlayır Bəhreyndə insan haqlarının pozulması davam edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO