Bəhreyn xalqı ölkəboyu Ayətullah İsa Qasimə dəstək nümayişləri keçirir

Bəhreyn xalqı ölkəboyu Ayətullah İsa Qasimə dəstək nümayişləri keçirir

Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasimi dəstəklərdiklərini bildirmək məqsədilə Bəhreyn xalqı yanvarın 4-də də aksiyalarını davam etdirib.
 
Minlərlə bəhreynli paytaxt Manamada və Ayətullah İsa Qasimin Əd-Diraz rayonundakı evinin qarşısı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində rejim əleyhinə şüarlar səsləndirərək aksiya keçirib.
 
Nümayişçilər Ayətullah İsa Qasimi rejimin cəlladlarına təslim etməyəcəklərini deyərək, Ali Xəlifə rejimindən xalqın tələblərini nəzərə almasını, siyasi məhbusların azadlığa buraxmasını və xalqın tələbləri olan islahatların aparılmasını tələb edib.
 
Nümayişçilər, həmçinin Ayətullah İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi qərarının həyata keçirilməsinə icazə verməyəcəklərini də bildiriblər. (deyerler) /

Google+ WhatsApp ok.ru