İzmirdə məhkəmə qarşısında terror aktı olub - FOTO

İzmirdə məhkəmə qarşısında terror aktı olub - FOTO

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.
  
Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.
 
Partlayış nəticəsində 1 polis əməkdaşı ölüb və  ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır. /
 
 
 
 
  

Google+ WhatsApp ok.ru