Bəşər Əsəd: Suriya dünya xəritəsindən silinə bilər... 06 Aprel 2017 01:00 Dünya "Əgər biz bu müharibədə qalib gəlməsək, bu o deməkdir ki, Suriya dünya xəritəsindən silinəcək". Bu sözləri Suriya prezidenti Bəşər Əsəd Xorvatiyanın "Vecernji list" qəzetinə müsahibəsində bildirib. O, həmçinin əlavə edib ki, Rusiya və öz xalqının dəstəyi ilə Suriya ordusu böyük uğurlar qazanıb. Suriya prezidenti həmçinin vurğulayıb ki, xalqın dəstəyi olmasa, heç bir müharibədə qələbə qazanmaq mümkün deyil. Bəşər Əsəd bəyan edib ki, Suriyada dinc əhalini qoruduğunu iddia edən "Ağ dəbilqələr" təşkilatının üzvləri əslində "Əl-Qaidə" terror qruplaşmasının tərəfdarlarıdır. (faktxeber) / Teqlər : #Bəşər Əsəd: Suriya dünya xəritəsindən silinə bilər..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Suriyadakı “kimyəvi hücum”a münasibət bildirib 2035-ci ilədək dünyada müsəlmanlar arasında doğum halları xristianlara nisbətdə artacaq - `Pew` Tədqiqat Mərkəzi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO