İran Suriyadakı “kimyəvi hücum”a münasibət bildirib 06 Aprel 2017 01:00 Dünya “Kimyəvi hücumu şiddətlə məhkum edirik. Eyni zamanda bu haqda dərhal fikir irəli yürütmək, bu hadisədən digər cəhətlərə qarşı sui-istifadə etmək və təbliğat aparmağı, onun amillərinin əməllərini pisləməməyi və hadisə qurbanlarını unudmağı məhkum edirik”. Bunu İranın xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi ötən gün mətbuat konfransında deyib. Suriyada kimyəvi silahların istifadə edilməsinin ilk olmadığını deyən İran rəsmisi bəyan edib ki, bu hadisələrin hamısında birtərəfli təbliğatlar aparılıb və yalnız bir tərəf ittiham edilib. O əlavə edib ki, bu hadisələr yalnız bir tərəfi ittiham etmək üçün vasitə kimi istifadə edilib. B.Qasimi Kimyəvi Silahları Qadağan edən Təşkilatın (OPCW) Suriya hökumətinin kimyəvi arsenaldan təcrid edilməsini nümunə gətirərək, vurğulayıb ki, onun ölkəsi, radikal terror qruplaşmaların kimyəvi silahlarının yoxlanılmasını da dəfələrlə tələb edib. O, həmçinin Suriya böhranının davam etməsinin əsas səbəblərindən biri kimi terror qrupları ilə mötədil qrupların bir-birindən ayrılmaması olduğunu deyib. Xatırladaq ki, iki gün öncə İdlibin Xan-Şeyxun şəhərində Suriya Ordusu təyyarələri bir anbarı vurublar. Burada olan kimyəvi maddələrin səpələnməsi 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnib. OPCW bu hadisənin hava zərbələri nəticəsində olduğunu dəqiqləşdirə bilmədiyini deyib. (islaminsesi) / Teqlər : #İran Suriyadakı kimyəvi hücuma münasibət bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çinin internet senzurası üzü bəri gəlir Bəşər Əsəd: Suriya dünya xəritəsindən silinə bilər...
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO