Banqladeşdə İslam rəsmi din olaraq qalacaq

Banqladeşdə İslamın dövlət dini statusundan çıxarılması üçün edilən müraciət məhkəmə tərəfindən rədd edilib.
Maide.az xəbər verir ki, Banqladeşin 160 milyonluq əhalisinin 90 faizindən çoxu müsəlmanlardan ibarətdir. Azlıq olaraq hindular və buddistlər var.
Hərbçi Hüseyn Məhəmməd Ərşad 1988-ci ildə dövlətin rəsmi dinini İslam olaraq elan etmişdi. Mövcud baş nazir Şeyx Hasina isə 2011-ci ildə konstitusiyaya dünyəviliyi yenidən əlavə etdi, ancaq dövlətin rəsmi dini kimi İslamı saxlayıb.
Bu yaxınlarda isə Konstitusiya Məhkəməsinə verilən düzəlişlə İslamın dövlət dini olmaqdan çıxarılması tələb olunmuşdu.
Məhkəmə düzəlişi rədd edərək, İslamın dövlət dini kimi qalması lazım olduğuna hökm verib.
Sözügedən düzəliş ölkə daxilində böyük etirazlara səbəb olmuşdu.

Google+ WhatsApp ok.ru