Gürcüstanda Hz.Fatimeyi Zəhranın (s.ə) təvəllüdü münasibəti ilə mərasim keçirildi - FOTO

BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə Qardabani şəhərində bayram tədbiri keçirildi. 
Maide.az  xəbər verir ki, Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edildi.
Tədbirdə O xanımın həyatını əks etdirən video çarxlar nümayiş olundu, ilahilər səsləndirildi. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru