BMT-dən Qəzza üçün mənasız toplantı 19 İyul 2014 01:00 Dünya Maide.az-ın məlumatına görə, Qəzzadakı hadisələri müzakirə etmək üçün toplaşan BMT Təhlükəsizlik Şurasından yenə hər hansı bir qərar verilməyib. İsrailin hücumlarını dayandırması barədə bir qərarın, ya da məlumat mətninin gündəmə gəlmədiyi toplantıda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr hər zamanki fikirlərini təkrarlayıblar. ABŞ və Avstraliya başda olmaqla bir çox ölkənin nümayəndəsi çıxışlarında "Həmasın raket hücumlarının qəbul edilməz olduğu və bu hücumlar qarşısında İsrailin özünü müdafiə etməsinin qanuni olduğu" vurğulayaraq, sionist rejimin hücumlarını dəstəkləyiblər. Amma qəribədir ki, sionist rejimin müdafiəçiləri Həmasın atdığı raketdən ölənlərin sayını deməyiblər. Çünki yoxdur. Fələstinin BMT daimi nümayəndəsi Riyad Mənsur isə göz yaşları içində etdiyi çıxışda təkcə son 24 saat arzində İsrail hücumlarında çoxlu sayda uşağın da içində olduğu 40-dan çox fələstinlinin şəhid olduğunu söyləyib. Teqlər : #BMTdən Qəzza üçün mənasız toplantı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD –dən məsihilər üçün yeni qərar, ya müsəlman olun ya öldürüləcəksiz BMT : Sionist rejiminin Qəzzəyə hücumundan sonra 50 min nəfər evlərindən didərgin düşüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO