BMT : Sionist rejiminin Qəzzəyə hücumundan sonra 50 min nəfər evlərindən didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) məruzəsində bildirib ki, sionist rejiminin Qəzzəyə son hücumundan sonra 50 min fələstinli öz evindən –eşiyindən didərgin düşüb.

Maide.az-ın Sky News agentliyinə istinadən məlumatına əsasən,  məcburi köçkün düşmüş fələstinlilər BMT-nin Qəzzədəki 34  düşərgəsinə sığınıblar.

Sionist rejimin Qəzzəyə hücuma başladığı gündən indiyədək 311 fələstinli şəhid olub, onlardan 72-si uşaq, 24 –ü qadın, 18 nəfəri isə yaşlı insanlardır.

Yaralanmış Fələstinlilərin sayı isə 2268 nəfərə çatıb ki, onlardan 657 nəfəri uşaq, 408 nəfəri qadın və 98 nəfəri yaşlı insanlardır.

 

 

 

Google+ WhatsApp ok.ru