BMT-nin koordinatoru Səudiyyə koalisiyasının Yəmənə endirdiyi aviazərbələri bəraət qazandırılması mümkün olmayan faciə adlandırıb

BMT-nin koordinatoru Səudiyyə koalisiyasının Yəmənə endirdiyi aviazərbələri bəraət qazandırılması mümkün olmayan faciə adlandırıb

BMT-nin humanitar məsələlər üzrə Yəməndəki  koordinatoru  Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyasının Yəmənin şimalında yerləşən Əl Cauf yaşayış məntəqəsinə endirdiyi aviazərbələri tənqid edib. 
 
Maide.Az  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, “Aviazərbə nəticəsində 31-dən çox dinc sakin ölüb,  20-yə yaxın insan yaralanıb”-deyən  Qrand baş verənləri  “dəhşətli hadisə”, ” bəraət qazandırılması mümkün olmayan faciə” adlandırıb. 
 
O həmçinin vurğulayıb ki, “güc tətbiq edən tərəflər beynəlxalq hüquq çərçivəsində sadə vətəndaşları qorumalıdırlar ”. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib.
 
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.
 
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub.
 

 

Google+ WhatsApp ok.ru