BMT-nin Yəmən müzakirələri təxirə salındı

28 may tarixində Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi ilə keçirilməsi planlaşdırılan Yəmən müzakirələri təxirə salınıb.
Maide.az xəbər verir ki, müzakirənin Yəməndə davam edən atışmanın dialoq yolu ilə həll edilməsinə nail olmaq üçün keçirilməsi planlaşdırılmışdı.
BMT-dən verilən açıqlamaya görə, müzakirə Yəmən hökuməti ilə Səudiyyə Ərəbistanı başda olmaqla digər koalisiya qüvvələrinin vaxt istəməsindən sonra təxirə düşüb.
BMT-nin baş katibi Ban Ki Mun müzakirələrin ən qısa zamanda başladılması üçün şəxsən danışıqlar aparacağı bildirilib. Baş katib tərəflərə danışıqlar aparmaq üçün çağırış da edib./

Google+ WhatsApp ok.ru