BMT: Qəzza zolağı tezliklə yaşamaq üçün yararsız duruma düşəcək

BMT: Qəzza zolağı tezliklə yaşamaq üçün yararsız duruma düşəcək

"Tezliklə Qəzza zolağı, orada yaşayan təxminən 2 milyon fələstinlinin yaşaması üçün yararsız duruma düşəcək".
 
Bunu  BMT-nin Fələstinin işğal olunmuş ərazisi üzrə nümayəndəsi Robert Payper Qəzzada yaşanan enerji böhranı ilə bağlı danışarkən deyib. 
 
Maide.Az xəbər verir ki, R.Payper deyib ki, BMT artıq dəfələrlə xəbərdarlıq edib ki, Qəzza zolağında problemlər getdikcə artır və bura yaşamaq üçün yararsız duruma düşür. 
 
Qeyd edək ki, ötən gün Qəzzada fəaliyyət göstərən yeganə elektrik stansiyası fəaliyyətini dayandırıb. Bundan başqa işsizlik səviyyəsi artıb və içməli su qıtlığı yaranıb.  
 
Qəzza sakinlərinin təxminən yarısının içməli şirin su əldə etmə imkanı hər 2-3 gündən bir, 5-8 saatdır. (islamtoday)

Google+ WhatsApp ok.ru