Nigeriya polisi Zəkzakinin azad edilməsini istəyənlərə itlərlə hücum etdi - FOTO

Nigeriya polisi Zəkzakinin azad edilməsini istəyənlərə itlərlə hücum etdi - FOTO

Nigeriya rejiminin polisi şiələrin təşkil etdiyi etiraz aksiyasına hücum edib
 
Nigeriya rejiminin polis gücləri şiələrin təşkil etdiyi Şeyx Zəkzakiyə dəstək aksiyasına hücum edib.
 
Əksəriyyəti qadınlar olan yüzlərlə Əhli-beyt tərəfdarı, Şeyx Zəkzakinin həbsinin davam etməsinə etiraz olaraq aksiya keçirib.
 
Ölkənin Əbuca şəhərində keçirilən etiraz aksiyasına təhlükəsizlik qüvvələri itlər, gözyaşardıcı qazlar və təzyiqli sularla hücum edib.
 
Qeyd edək ki, 2015-ci ilin son aylarında Nigeriya Ordusu İsrail və ABŞ-ın göstərişilə ölkənin ən böyük İslami Hərəkatının ev və məscidlərinə hücum etmiş, yüzdən çox insanı güllələmiş və ya diri-diri yandırmışdı. Nigeriya lideri gözündən yaralanaraq görmə qabiliyyətini itirmişdi. Ali Məhkəmə Şeyx Zəkzakinin azad olunmasını təlb etsə də, Ordu Ali Məhkəmə qərarını saymayaraq ruhani, ailəsi və tərəfdarlarını həbsdə saxlanılmasını davam etdirir. (islamazeri) /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru