BMT: `Səudiyyə Ərəbistanı beynəlxalq insan haqqlarını tapdalayıb`

BMT: `Səudiyyə Ərəbistanı beynəlxalq insan haqqlarını tapdalayıb`

Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanı rejimini tənqid edən bəyanat yayıb. Bəyanatda bildirilir ki, 2 həftə öncə Sədiyyə Ərəbistanı hava qüvvələrinin Yəmənin Səna şəhərində əzadarlıq məclisinə hücumu zamanı yüzlərlə insanın qətliam etməsi beynəlxalq hüquq normalarını heçə saymaqdır.  
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan bu hücumu bilərəkdən etmişdir. Əzadarlıq məclisinə olunan hücumun hansısa səhv məlumata görə edilməsi ilə bağlı heç bir dəlil yoxdur. Əksinə ard-arda olunan hücumlar buna sübutdur ki, bu qətliam bilərəkdən törədilib. 
 
Birinci hücumla ikinci havadan zərbə arasında 3-8 dəqiqə fasilə var. Ən çox tələfat da ikinci hava zərbəsi zamanı olub. Birinici hücum zamanı yaralananlara və ölənlərə yardım etməyə gələnlər də ikinici hücum zamanı öldürülüb. Bununla da tələfat sayı daha çox olub. Bu onun göstəricisidir ki, bu əməliyyatlar qəsdən törədilib və insan haqlarının kobud şəkildə pozulması deməkdir. /

Google+ WhatsApp ok.ru