BMT: `Yəmənli heyətləri Cenevrəyə gətirməyə nail olduq`

Maide.az xəbər verir ki, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Yəmən vətəndaşlarının acısına məlhəm qoymaq üçün siyasi prosesin irəliləməsinin zəruriliyini vurğulayıb.
 
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Ənsarullah nümayəndələri və müttəfiqləri ilə Cenevrədə iclas keçirdikdən sonra mətbuat konfransında deyib ki, bu iclas prinsip əsasında keçirilib və iki tərəf onun barəsində razılaşmışdı: "Ümidvaram ki, yəmənlilər gərginliyin azaldılması üçün bu danışıqlardan istifadə edərlər. Yəmənli heyətləri Cenevrəyə gətirməyə nail olduq. Bu böyük nailiyyətdir və bu iclasın əhəmiyyətini unutmamalıyıq." 

Google+ WhatsApp ok.ru