BMT: Yəməndəki can itkilərinin çoxuna koalisiya qüvvələri səbəb oldu 27 Oktyabr 2015 02:00 Yəmən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Üzrə Ali Komissarlığı sözçüsü Rupert Colville, "Yəməndəki toqquşmalarda həyatını itirən 7 min 888 nəfərin üçdə ikisi koalisiya qüvvələrinin hava hücumları nəticəsində öldü", - deyib. Maide.az xəbər verir ki, BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında danışan Colville, 26 martdan bu yana baş verən toqquşmalarda həyatını itirən mülki vətəndaşların sayının 2 min 615- çatdığını söyləyib. Colville toqquşmalarda indiyədək həyatını itirən 7 min 888 nəfərin üçdə birinin Husilərin hücumları və üçdə ikisinin də koalisiya qüvvələrinin hava hücumları nəticəsində öldüyünü söyləyib. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının sözçüsü Adrian Eduard isə ölkə içində qaçqın olanların sayının may ayından bu yana 4 dəfə artaraq, 2,3 milyona çatdığını bildirib. Yəmənin fərari hökuməti ilə Ənsarullah Hərəkatı (Husilər) arasında ayın sonunda Cenevrədə başlaması planlaşdırılan sülh danışıqlarının fikir ayrılıqları səbəbindən təxirə salındığı açıqlanmışdı. Teqlər : #BMT: Yəməndəki can itkilərinin çoxuna koalisiya qüvvələri səbəb oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sənada məsciddə terror aktı; 5 nəfər yaralı var Səud rejimi indi də Yəməndə həkimləri bombaladı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'