BMT: Yəməndə hər 11 dəqiqədə bir körpə ölür 06 Noyabr 2019 10:40 Yəmən BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Yəməndə uşaqların yaşadığı faciə ilə bağlı xəbərdarlıq edib. Maide.Az xəbər verir ki, ötən gün yayımlanan hesabatda bildirilir ki, Yəməndə hər 11 dəqiqədə 5 yaşdan aşağı bir körpə ölür. Bu fəlakətin səbəbi Ərəbistanın Yəmənə təcavüzü nəticəsində yaşanan humanitar böhrandır. Bildirilir ki, uşaqların ölümünə səbəb içməli su çatışmazlığı və normal qidalanmamadır. Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir. Teqlər : #BMT:,#Yəməndə,#hər,#dəqiqədə,#bir,#körpə,#ölür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Müdafiə nazirinin olduğu qərargahda partlayış olub `Ər-Riyad razılaşması təcavüzkarla əməkdaşlıq edən tərəflər tərəfindən imzalanıb`
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'