BMT həyəcan təbili çaldı: `Hücumları dərhal dayandırın` 01 Avqust 2018 01:00 Yəmən Birləşmiş Millətlər Təşkilatının Uşaqlar Fondu (YUNİSEF) və Qida Proqramı Yəməndə baş verən humanitar böhrana görə narahatçılığını ifadə edib. YUNİSEF-in icraçı direktoru Henrietta bildirib ki, müharibə nəticəsində ölkədə su qıtlığı yaranıb və ölkə infrastrukturu bərbad gündədir: "Hücumlara dərhal dayandırılmalıdır. Bu cür hücumlar qəbuledilməzdir". Son 13 ayda vəbadan 2311 nəfər həyatını itirib, bundan başqa 1 mln 118 min nəfərin bu epidemiyaya yoluxduğu ehtimal edilir. Bu barədə YUNİSEF-in Yəmən ofisi bildirib. Açıqlamada bildirilir ki, Səhiyyə və Yardım təşkilatları epidemiyanın yayılmasının qarşısını almaq üçün fasiləsiz tədbirlər görsələr də, tibbi avadanlıqların çatışmazlığı və münaqişənin davam etməsi səbəbiylə irəliləyiş əldə etmək mümkün olmayıb. Qeyd edək ki, YUNİSEF bundan əvvəl yayımladığı hesabatda 2017-ci ilin aprelindən bəri ölkədə 2200 nəfərin həyatını itirdiyini və 1 milyon insanın da vəbaya yoluxması ehtimalının olduğunu bildirmişdi.(eastnews.org) Teqlər : #BMT həyəcan təbili çaldı: `Hücumları dərhal dayandırın` , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT rəsmisi Yəməndə su qaynaqlarının vurulmasına etiraz etdi Ümumdünya Ərzaq Proqramı: “Yəməndə 8 milyon insan aclıqdan əziyyət çəkir”
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'