BMT nümayəndəsi Qəzzanı görüb ağladı - VİDEO

Qəzzada İsrailin əməliyyatları davam edərkən, vəziyyəti araşdırmaq üçün bölgədə bir gün keçirən BMT təmsilçisi Kris Gunnes, reportaj sırasında hıçqıra-hıçqıra ağlayıb.
 
Əl-Cəzirə kanalına danışan Gunnes, Qəzzada insan haqlarının taptalandığını deyib. Gunnes: “Fələstinlilərin və onların uşaqlarının belə haqları tapdalanır. Bu qorxunc bir vəziyyətdir”. Bunları deyən BMT təmsilçisi göz yaşlarını saxlaya bilməyib və daha sonar hıçqıra-hıçqıra ağlayıb.
 
Qeyd edək ki, Gunnes BMT təmsilçiliyindən öncə, BBC-nin müxbiri olub.

Google+ WhatsApp ok.ru