Qəzzada ölənlərin sayı 1363-ə yüksəldi

Fələstinin keçmiş hökumət rəsmisi Əşrəf əl-Kudranın bildirdiyinə görə, İsrailin fasiləsiz şəkildə davam edən hücumlarında son bir gün ərzində 131 nəfər dünyasını dəyişib, 463-ü yaralanıb.
 
Maide.az-ın məlumatına görə, Kudra İsrailin Qəzza zolağına hücumlarının 25-ci günündə ölü sayının 1363-ə, yaralı sayının isə 7 min 680-ə yüksəldiyini deyib.
 
Hücumların başladığı 7 iyuldan bu yana İsrailin hava, quru və dənizdən davam etdirdiyi bombardmanda 315 uşaq, 166 qadın və 58 yaşlı insan dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru