BMT Yəməndəki müharibәdә 2300 mülki vətəndaşın həlak olduğunu qeyd edib

Birləşmiş Millətlər Təşkilatı Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın Yəmənə qarşı etdiyi hərbi təcavüz ilə bağlı hesabat yayıb.
"İtar-tass"ın verdiyi xəbərə görə, Səudiyyə və müttəfiqlərinin Yəmənə endirdiyi aviazərbələr nəticəsində 2300 mülki vətəndaş həlak olub, 4862 nəfər isə yaralanıb.
BMT baş katibinin rəsmi nümayəndəsi Rupert Kolvill bəyan edib ki, son iki həftədə ərzində Səudiyyənin Yəmənə endirdiyi aviazərbələr nəticəsində 151 mülki vətəndaş həlak olub.
"Təkcə son 2 həftə ərzində 151 nəfər Səudiyyənin Yəmənə endirdiyi aviazərbələrin qurbanı olub. Bunların 26-ı uşaqdır", - deyə Kolvill bildirib. Deyerler/ 

Google+ WhatsApp ok.ru