Bolqarıstanda propan-butan daşıyan qatar relsdən çıxıb, ölənlər var

Bolqarıstanda propan-butan daşıyan qatar relsdən çıxıb, ölənlər var

Bir neçə sisternin partlaması nəticəsində dörd nəfər həlak olub, azı iyirmi nəfər yaralanıb
 
Bolqarıstanda Şumen vilayətindəki Xitrino yaşayış məntəqəsində 26 sistern propan-butan daşıyan yük qatarı relsdən çıxaraq aşıb.
 
"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bir neçə sisternin partlaması nəticəsində dörd nəfər həlak olub, azı iyirmi nəfər yaralanıb.
 
Hadisə nəticəsində bir neçə tikili dağılıb, 12 nəfər dağıntıların altından çıxarılıb.
 
Xəsarət alanların hamısı xəstəxanaya çatdırlıb, hadisə yerində yanğınsöndürənlər və tibbi heyət işləyir. /

Google+ WhatsApp ok.ru