Fukuşimadan yayılan radiasiya ABŞ-a çatdı

Fukuşimadan yayılan radiasiya ABŞ-a çatdı

Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunami fəlakətindən sonra Fukuşima nüvə stansiyasındakı zədələr nəticəsində ətrafa yayılan radiasiyanın ABŞ sahillərinə çatdığı bildirilib.
 
Tədqiqatçılar Oregon ştatında, Tillamook Körfəzi və Gold sahilindəki dənizdən götürülmüş nümunələrdə Fukuşimadakı nüvə fəlakətindən sonra ortaya çıxan "Sezyum 134" adı verilən radioaktiv maddənin təsbit olunduğunu açıqlayıb. Çox aşağı səviyyəli radioaktiv maddənin insanın sağlamlığına və ətraf mühitə təhlükə yaratdığı qeyd olunub. Eyni növ radioaktiv maddə ilk dəfə Kanadanın Britaniya Kolumbiyası ştatının sahillərində rast gəlinib.
 
Qeyd edək ki, Yaponiyada 2011-ci ilin mart ayının 11-də baş verən 9 bal gücündə zəlzələ və ardınca sunaminin yaranması Fukuşima nüvə stansiyasında radioaktiv sızıntıya səbəb olub. (deyerler.org) /

Google+ WhatsApp ok.ru