Böyük təqlid mərcələri: Səudiyyə rejimin Yəmənə təcavüzü qeyri-şəridir

Qum şəhərindəki bəzi böyük təqlid mərcələri Səudiyyə rejiminin  Yəmənə hücumunun  şəri və hüquqi əsasa malik olmadığını vurğulayıblar.
Bəzi böyük təqlid mərcələri ötən gün Qumda İranın xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahian ilə görüşdə Yəmənə hücumun heç bir şəri və hüquqi əsasa malik olmadığını deyib, dünya ictimaiyyətinin Yəmən xalqına edilən zülm qarşısında susmasını qınayıblar.
Maide.az xəbər verir ki,  Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Safi Gülpayiqani və Ayətullah Cəfər Sübhani təkfir və ifratçılıq ilə mübarizə, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünün pislənilməsi, zərərçəkənlərə tez bir zamanda yardımın edilməsi və Yəmənin məzlum xalqına qarşı hücumların dərhal dayandırılmasını istəyiblər. Böyük təqlid mərcələri regionda müsəlmanlara qarşı təfriqə mahiyyətli planlarla mübarizənin zəruriliyi vurğulayıb və qan axıdılmasına son qoyulması üçün ciddi addımların atılmasını istəyiblər. 
Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Safi Gülpayiqani və Ayətullah Cəfər Sübhani həmçinin İranın xarici işlər naziri və nüvə müzakirə heyətinə göstərdikləri səylərə görə təşəkkür edərək, ümidvarlıq ediblər ki, bu müzakirələr İran xalqının bütün haqlı hüquqlarının təmini ilə qənaətbəxş nəticəyə çatacaq. 
Bu böyük təqlid mərcələri Ciddə hava limanında İranlı gənclərə qarşı edilən hörmətsizlik məsələsinə toxunublar və bildiriblər ki, Allah Evi hacılarının tam təhlükəsizliklərinin təmin edilməsi üçün bütün müsəlman ölkələr hərəmeyn şərifeynin idarəsinə nəzarət etməlidir./

 

Google+ WhatsApp ok.ru