İŞİD başkəsənləri orqan alverinə girişdilər (FOTO)

Daha bir hərbi cinayət beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla qarşılanır. Suriyanın Rakka şəhərində hərbçilərin kütləvi şəkildə başlarının kəsildiyini görüntüləyən fotolar  terrorçular tərəfindən tvitter səhifələrində paylaşılıb. Ən dəhşətlisi isə başkəsənlərin məsələyə ironiya ilə yanaşması olub.
 
Maide.az-ın məlumatına görə, İŞİD-in Avstraliya əsilli terrorçusu Xalid  Şərruf tvitterdə bu fotonu yerləşdirərək, belə bir status yazıb: «Avstraliyada kiminsə orqana ehtiyacı varsa, xahiş edirəm, utanmayın, mən bədənin istənilən orqanını verməklə, kömək etməyə hazıram».
 
Hərbi cinayətin digər iştirakçısı  və X.Şarrufun dostu  Muhəmməd Əl-Omari da kəsilmiş başlarla fotolarını paylaşıb.
 
Melburn hökuməti  hər iki şəxsin  ötən ilin dekabr ayında döyüşlərə qatılmaq üçün İŞİD-in tərkibində Suriyaya yola düşdüklərini hesab edir.
 
 

 

Google+ WhatsApp ok.ru