İki Fələstinli uşağın Amerikadakı maraqlı aksiyası (Video)

Amerikada yaşayn Fələstinli iki qız uşağı üzərində “bir terroristi qucaqlayın” şüarı olan plakartla küçəyə çıxdı və baxın görün nələr oldu.

Maide.az-ın məlumatına görə, ABŞ-da yaşayan iki Fələstinli qız , İsrailin Qəzzaya olan hücumları zamanı işğalçı rejimin baş naziri Netanyahunun tez tez dilə gətirdiyi “terrorist öldürürük” sözlərinə çox anlamlı bir reaksiya veriblər.

Həmin iki qız uşağı Fələstin xalqına dəstək məqsədi ilə əllərində üzərində  “Bir terroristi qucaqlayın” şüarı olan plakartla küçədə əhalinin böyük qayğısı ilə rastlaşıblar.  Plakartdakı yazını görən Amerikalılar  iki fələstinli qızı qucaqlayıblar.  Kimisi “terrorist olmadığınızı bilirəm” deyib , kimisi  “çox gözəl bir iş görürsiz” deyərək dəstək verib.  İki qızın aksiyasını çox anlamlı hesab edən Amerikalılar  İsrailin Qəzzaya qarşı hücumlarından narahat olduqlarını bildiriblər.  Fələstinli qızların bu aksiyası Avropa və Amerika mediyalarında da geniş yayımlanıb və social mediayada bu haqda çoxlu müzakirələr aparılıb. / 

 

Google+ WhatsApp ok.ru