İŞİD liderinin ABŞ-la əlaqəsi (VİDEO)

`FBI` onun başına 10 milyon dollar mükafat qoyubmuş

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkir Bağdadi haqqında daha bir məlumat üzə çıxıb.
 
Suriyadan sonra İraqı da qana bulayan və orada xəlifəlik elan edən İŞİD lideri Əbu Bəkir Bağdadinin 2005-2009-cu illərdə ABŞ məhbusu olduğu məlum olub.
 
Mövzu ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində də gündəmə gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki isə məsələ ilə bağlı sualları cavablandırmaqdan boyun qaçırıb.
 
"FBI" (Federal Təhqiqatlar Bürosu) tərəfindən başına 10 milyon dollar mükafat qoyulan Bağdadi 2005-2009-cu illərdə – 4 il ərzində Bukka düşərgəsində məhbus həyatı sürüb. 
 
Bağdadinin ən çox axtarılanlar siyahısında olan fotoşəkilinin də ABŞ tərəfindən həbs edilərkən çəkildiyi bildirilir. 
 
İŞİD-in həm İraq, həm də bölgə üçün böyüyən bir təhlükə olduğunu vurğulayan Psaki, hal-hazırda əlində Bağdadinin tutulması ilə bağlı hər hansısa bir sənəd olmadığını söyləyib. 

Google+ WhatsApp ok.ru