Prezident Slavyanskda (FOTO)

Bu, Ukrayna prezidentin Slavyansk şəhərinə ilk səfəridir

Ukrayna prezidenti Petro Poroşenko bu gün Donetsk vilayətinin Slavyansk şəhərinə işgüzar səfər edib. 
 
Bu, prezidentin Slavyansk şəhərinə ilk səfəridir.
 
Slavyanskda Poroşenko yerli sakinlərlə görüşüb, onlarla söhbət edib. 
 
Prezident sakinləri inandırıb ki, hakimiyyət orqanları şəhərdə normal həyatın bərpası üçün mümkün olan hər şeyi edir.
 
Həmçinin Slavyanska işçi səfərin gedişatında prezident Donetskdə terrorçuluğa qarşı əməliyyatların keçirilməsi vaxtı fərqlənmiş hərbçiləri mükafatlandırıb.
 








Google+ WhatsApp ok.ru