İŞİD Liviyanın şimalında neft şəhərini işğal etdi

İŞİD terror qruplaşması Liviyanın şimalında Bin Cavad şəhərində nəzarəti ələ keçirib. 
Maide.az xəbər verir ki, İŞİD terror qruplaşması bazar ertəsi Liviyanın şimalında hücumlara başlayıb. Bu gün Bin Cavad şəhərini işğal edib. 
Bin Cavad  neft hasilatı ilə məşğul olan Sert şəhərinin yaxınlığında yerləşir. 
İŞİD terrorçuları artıq şəhərdə bir neçə stratejik yeri ələ keçiriblər. Əhali qorxularından evdən bayıra çıxmır.
Bu yaşayış məntəqəsi ölkənin Aralıq dənizi sahilindəki Sirt şəhərindən 100 km şərqdə yerləşir.
2011-ci ildə Bin Cavadda Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin silahlı qüvvələri ilə müxalifət arasında şiddətli döyüş gedib. /
 
 

 

Google+ WhatsApp ok.ru