Türkiyədə növbəti qayıq faciəsi: 8 miqrantın cəsədi sahilə çıxdı

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna bağlı Altınova məhəlləsi sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ilkin məlumatlara görə 8 nəfər ölüb.
 
Maide.az xəbər verir ki, Ayvalık sahə rəisi Namiq Kamal açıqlamasında, İzmirin Tikili rayonundan dənizə çıxdığı güman edilən, içində 22 nəfərin olduğu doldurma katerin Ayvalık rayonu Altınova Məhəlləsi sahilində küləyin də təsiri ilə batdığını söyləyib.
 
"Bu ana qədər təəssüf ki, 8 nəfərin cəsədini tapmışıq", - Namiq Kamal, "12 nəfər sağ olaraq xilas edilib. İtki olduğu güman edilən 2 nəfər isə axtarılır. Bu adamlar İraq, Əlcəzair və Suriya əsillidir" söyləyib.

Google+ WhatsApp ok.ru