İŞİD Mosulda on iraqlı həkimi edam edib

Yerli mənbələr Mosulun cənubunda İŞİD terrorçuları tərəfindən on iraqlı həkimin edam olunmasından xəbər veriblər.
 
Maide.az-ın Almaniya mediasına istinadən verdiyi məlumata görə, bu həkimlər İŞİD-in göstərişlərindən boyun qaçırmışdılar. 
 
Terrorçu İŞİD qruplaşması həmçinin hədələyərək bildirib ki, Mosulda əlində mobil telefon olacaq hər bir kəsin əli kəsiləcəkdir. 
İŞİD həmçinin mobil telefondan istifadə edənlər üçün üç milyon dinarlıq maliyyə cəzası nəzərdə tutub. 
 
Futbol oyununa tamaşaya qadağa, xiyar-pomidor salatı yeməyə qadağa, keçi ətini yeməyin qadağan olunması, universitet və məktəblərdə incəsənət, musiqi, tarix, fəlsəfə, sosiologiya və psixologiya ixtisas və dərslərinin qadağan edilməsi, eləcə də nişan üzüklərinin taxılmasına qoyulmuş qadağa İŞİD-in insandankənar qanunlarının təkcə bir hissəsidir.

Google+ WhatsApp ok.ru