Türkiyə hələ də Avropa Birliyinin bağlı qapıları arxasındadır

Türkiyə Avropa Birliyinə qoşulmaq üzrə müzakirələrin yenidən başlanmasını istəyib.
 
Maide.az-ın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Avropa Birliyinin rəhbəri Martin Şultsla görüşlə əlaqədar bir bəyanat yayaraq, Ankaranın Avropa Birliyinə qoşulması üzrə müzakirələrdə yeni fəslin açılmasının zəruriliyini vurğulayıb. 
 
Türkiyə XİN-in bəyanatına əsasən, xarici işlər naziri Mövlud Çavuşoğlu Şultsla görüşdə onunla Kipr və 1915-ci ildə Osmanlı imperatorluğu dövründə ermənilərin "soyqırımı" kimi məsələlər barədə fikir mübadiləsi aparıb. 
 
Türkiyə 1915-ci il hadisələri barədə Avropanın diqqətini cəlb etmək üçün yumşaqlıq göstərsə də Avropa Birliyi hələ də Türkiyəni bağlı qapılar arxasında saxlayıb və bu ölkəni əlavə islahatlar aparmağa məcbur edir. 
 
Türkiyə 1999-cu ildə Avropa Birliyinə qoşulmaq üçün öz namizədliyini elan edib. Lakin tərəflərin müzakirələrində çox az irəliləyiş olub.

Google+ WhatsApp ok.ru