Dünya Ərzaq Proqramının icraçı direktoru: '41 milyon insan aclıq təhlükəsi altındadır'

Dünya Ərzaq Proqramının icraçı direktoru: '41 milyon insan aclıq təhlükəsi altındadır'

BMT-nin Dünya Ərzaq Proqramının (WFP) icraçı direktoru David Beasley, WFP İdarə Heyətində qlobal aclıq böhranı ilə bağlı bir qiymətləndirmə edib.
 
Maide.Az "Deyerler.org"a  istinadən xəbər verir ki, 4 ölkədə qıtlığa bənzər şərtlərin olduğunu və dünya miqyasında 41 milyon insanın aclıqdan əziyyət çəkə biləcəyini söyləyən Besli, belə deyib: “41 milyon insan sözün əsl mənasında aclığın qapısını döyür. Rəqəmlərə baxsanız, sadəcə faciəlidir, bunlar həqiqi adları olan həqiqi insanlardır. Çox narahatam”.
 
WFP-nin 2020-ci il məlumatları 43 ölkədə təxminən 41 milyon insanın aclıq astanasında olduğunu göstərib.

Google+ WhatsApp ok.ru