Press Tv: Fəaliyyətimizi  'ir' domeni ilə davam etdirəcəyik

Press Tv: Fəaliyyətimizi 'ir' domeni ilə davam etdirəcəyik

 İngilis dilində verilişlər yayan “Pres TV” kanalı rəsmi bəyanat yayaraq İrana tətbiq etdiyi sanksiyaları pozduqları iddiası ilə  İslam Respublikasının Televiziya və Radio Təşkilatının istifadə etdiyi 33 və “Kataib Hizbullah“ tərəfindən idarə edilən 3 internet saytının ABŞ tərəfindən bloklanmasına münasibət bildirib. 
 
Maide.Az “presstv”ə istinadla xəbər verir ki,  “Pres TV” və digər iran saytları  fəaliyyətlərini “ir” domeni ilə davam etdirəcəklərini bildiriblər. 
 
Bundan başqa İranın BMT-dəki daimi nümayəndəliyinin sözçüsü Şahrox Nazimi ABŞ-ın bu addımını söz azadlığının məhdudlaşdırılmasına çalışması kimi dəyərləndirib. 
 
“Bu ölkə çalışır ki, söz azadığını boğsun. ABŞ-ın bu adımı qanunsuzdur və İran qanuni yollarla  öz hüquqlarını bərpa edəcək”. 
 
Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi yayımladığı məlumatda həbs qoyulanlar arasında İran teleradio şitkərinə aid ərəb və ingilis dillərində fəaliyyət göstərən bir sıra internet saytının olduğunu təsdiqləyib.
 
ABŞ-ın Xarici Aktivləri Mühafizə İdarəsi (OFAC) 2020-ci il oktyabrın 22-də İran İnqilab Keçikçiləri Qvardiyasının Qüds qoşunu tərəfindən idarə edilən İRTVU-ya (İran radio-televiziyaları birliyi) sanksiya tətbiq etdiyindən ona bağlı internet saytları da domen xidmətindən istifadə edə bilməyəcək.
 
OFAC 2009-cu iyulun 2-də “Kataib Hizbullah“ı sanksiya tətbiq edilənlər siyahısına daxil edib. ABŞ Dövlət Departamenti isə onu terrorçu qruplaşma olaraq tanıyıb.
Hesablarına və domeninə həbs qoyulan 3 internet saytı OFAC-ın lisenziyasına malik deyillər. Həbs edilən saytları ABŞ-ın Ticarət Nazirliyi Sənaye və Təhlükəsizlik ofisi, İxracat Tətbiqat Ofisi və Federal Təhqiqat Bürosu (FBİ) tərəfindən araşdırılıb. Bundan sonra ABŞ-ın Kəşfiyyat və İxracata nəzarət Milli Təhlükəsizlik qurumu həmin saytlarıa həbs qoyub.
 
“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, İranın dövlət televiziyasına aid ingilis dilində verilişlər yayan “Pres TV” və ərəbcə verilişlər yayan “Al Alam”, Yəməndə husilərə  aid “Aə Mesira” kanallarının internet saytlarının domenlərinə də ABŞ tərəfindən qadağa qoyulub.

Google+ WhatsApp ok.ru