Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama 19 İyun 2020 11:26 Dünya Təxminən 7 milyon şagird məktəbi tərk edə bilər Dünya Bankı yeni tip koronavirus (Kovid-19) səbəbiylə məktəblərin bağlanmasının təhsildə daimi itkilərlə nəticələnə biləcəyini və nəticədə qlobal iqtisadiyyat üçün 10 trilyon dollar zərər verə biləcəyini açıqlayıb. Kovid-19 pandemiyasının təhsilə təsirləri barədə Bankın hesabatında bildirilir ki, aprel ayında 1,6 milyard şagird məktəbə gedə bilməyib. Bütün təhsil sistemlərində dərin bir tənəzzülün yaşandığı bildirilən hesabatda, böhranın insan kapitalı üçün təhlükə yaratdığı və milyonlarla uşağın həyatında geri qaytarılması mümkün olmayan fürsətlərə zərər verdiyi vurğulanır. Təxminən 7 milyon şagird məktəbi tərk edə bilər Məruzədə, məktəb bağlanışlarının bütün sistem boyu təhsilə təsir edəcəyi və Kovid-19 baş verməsi səbəbindən məktəblərin 5 ay bağlanmasının təhsildə yarım illik itkiyə səbəb ola biləcəyi bildirilir. Hesabatda, Kovid-19 epidemiyasından əvvəl də dünyanın təhsil böhranı ilə mübarizə aparıldığı, aşağı və orta gəlirli ölkələrdə uşaqların 53 faizinin təhsilsiz olduğu qeyd edilib. Məruzədə, epidemiya ilə əlaqədar təhsil böhranının daha da dərinləşəcəyi və ibtidai və orta təhsildə təxminən 7 milyon şagirdin yalnız epidemiyanın səbəb olduğu gəlir şoku səbəbiylə məktəbi tərk edə biləcəyi vurğulanıb. Qlobal iqtisadiyyat üçün 10 trilyon dollar zərərə çevrilə bilər Epidemiya səbəbindən dolanışıq və maddi imkanlarının itirilməsinin, həmçinin məktəbə gedə bilməmələrinin xüsusilə qızlara böyük təsir edəcəyi, əlilliyi olan insanlar üçün təcrid və bərabərsizliyin pisləşməsinə səbəb olduğu bildirilib. Hesabatda, təhsildəki itkilərin zamanla qlobal iqtisadiyyat üçün 10 trilyon dollar itkiyə çevrilə biləcəyi qeyd olunur ki, bu da əsas təhsil müddətində şagirdlərin ümumi xərclərinin 16 faizinə bərabərdir. Bankın hesabatında, hökumətlərin məktəblərin bağlanmasında tətbiq etdiyi yanaşmalardan bəhs edərək, təxminən 130 hökumətin distant təhsilə investisiya yatırdığı bildirilir. /faktxeber Teqlər : #Dünya,#Bankından,#təhsillə,#bağlı,#qorxuducu,#açıqlama, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Ənsarullah’ lideri ‘Hizbullah’ hərəkatından danışdı Əfqanıstanda ‘Taliban’ın hücumu nəticəsində yeddi hərbçi həlak olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO