Dünyanın ən qədim İslami kitabxanası təmir olunur 15 Mart 2016 02:00 Dünya Mərakeşin Fəs şəhərində yerləşən dünyanın ən qədim İslami kitabxanası kimi tanınan “Əl-Qarauin” qədim elmi mərkəz və kitabxana kompleksində təmir və bərpa işləri aparılır. Maide.az xəbər verir ki, bu kompleksin tarixi 12-ci əsrə qayıdır. Hazırda təmir-bərpa işləri davam etdirilir və ilin sonunadək təmir işlərinin yekunlaşacağı bildirilir. Kompleksin təmirinə milyonlarla vəsait ayrılıb. Kitabxana kompleksi Mərakeş əsilli Amerikalı memar təmir edir. “Əl-Qarauin” qədim kitabxana kompleksi 859-cu (miladi) ildə Fatimə əl-Fəhri adında Tunisli bir tacirin qızı tərəfindən Fəs şəhərində tikilib. Bu xanım alimə və möminə bir xanım olub. Əhd edib ki, bütün var dövlətini elmi,dini mərkəz və məscidin tikintisinə sərf edəcək. Yunesko-nun məlumatına görə, bu kompleks dünyanın ən qədim təhsil müəssisəsidir. Dünyanın ən qədim təhsil ocağı olduğu üçün burada məşhur şairlər, ariflər, iqtisadçılar , tarixçilər və filosoflar o cümlədən XIV əsrdə İbn Ərəbi və İbn Haldun kimi şəxsiyyətlər təhsil alıb. Bu kitabxana və elmi mərkəz orta əsrlərdə avropalılar və müsəlmanlar arasında bilik transferində böyük rol oynayıb. / Teqlər : #Dünyanın ən qədim İslami kitabxanası təmir olunur , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Diyarbəkirdə daha bir rayonda küçəyə çıxmaq qadağası tətbiq edilib İranın XİN başçısı Rusiya qoşunlarının Suriyadan çıxarılmasını müsbət əlamət adlandırıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO