Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) prezidentliyə namizəd, milyardçı Donald Trampın seçkiqabağı mitinqi ləğv edilib.
 
Buna səbəb Trampın tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşma olub.
 
D.Trampın nümayəndələri tədbirin başqa günə keçirildiyini bildiriblər. Bildirilir ki, polisin müdaxiləsindən sonra qarşıdurmanın qabağı alınıb.
 
Qeyd edək ki,  ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
 
Hazırda seçkiqabağı kampaniyada namizəd qismində Demokrat partiyasından sabiq dövlət katibi Hillari Klinton və senator Berni Sanders, Respublikaçılar partiyasından isə Donald Tramp, Marko Rubio və Ted Kruz iştirak edirlər.

Google+ WhatsApp ok.ru