İraq XİN rəhbəri: Hər kəs müqaviməti terrorçu adlandırarsa, onun özü terrorçudur

Hər kəs xalq səfərbər qüvvələrini, müqavimət qruplarını və Hizbullahı terrorçu adlandırarsa, onun özü terrorçudur. Bunu İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri Ərəb Liqasınd çıxışında deyib. 
 
Maide.az xəbər verir ki, Əlminar telekanalının məlumatına görə, İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri əlavə edib ki, xalq səfərbər qüvvələri və Hizbullah ərəb xalqlarının şərəf və ləyaqətini qoruyublar.Tarixin hər dövründə ölkələrinin ordusu ilə birlikdə döyüşərək vətənlərini qoruyan birliklər olmuşdur. Bu dövrdə də Livan Hizbullahı və İraqın Xalq Qüvvələrinin də xalqın içərisindən çıxan birliklər olduğunu görürük. Onları məzhəbçilikdə ittiham etmək ədalətsiz yanaşma olar. Onlar illərlə ərəblərin şərəf və ləyaqətini qoruyublar. Onları terrorçu adlandıranların özləri terrorçudur".
 
Qeyd edək ki, İraq mediaları xəbər veriblər ki, Ərəb Liqasındakı səudiyyə heyəti İraqın xarici işlər nazirinin bu birliyin iclasındakı çıxışı zamanı zalı tərk edib. /
 

Google+ WhatsApp ok.ru