`İŞİD` terrorçuları daha bir şiə məscidini partlatdılar

AzadXəbər-in “əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, "İŞİD" terror təşkilatının silahlıları İraqda daha bir məscidi partladıblar. Bu dəfə terrorçuların qurbanına Cəlaula rayonunda şiələrə məxsus məscid çevrilib. Terrorçular məscidi partlatdıqdan sonra onun müəzzinini isə güllələyiblər. 
 
Qeyd edək ki, Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətinin polis rəsmisi məlumatı təsdiqləyib. O, bildirib ki, terrorçular əvvəlcə müəzzini tutublar, sonra məscidi havaya uçurublar, daha sonra isə onu məbədin qarşısında güllələyiblər.

Google+ WhatsApp ok.ru