Dubayda üzən evlərdən məhəllə salınır 17 İyun 2016 01:00 Dünya Dubayda üzən evlərdən məhəllə salınır. 3 mərtəbəli villanın ağırlığı 200 tondur. Ən aşağı mərtəbədə akvariumdur. Baş arxitektor Paola Andre deyir ki, onlar məhz bu hissədə daha çox baş sıdırmalı olublar: “Bu villanın ən çətin hissəsi bütün dizaynın əsasını təşkil edən onun şəffaf səthidir. Çalışmışıq ki, indi görəcəksiz-otaqda olan sualtı həyatı görə bilsin. Bu əsas layihə, ideyadır”. Developerlər bundan başqa suyun altında mərzan daşlardan 18 hektarlıq süni qayalıqlar yaradıblar. Üzən evlər lövbər sala bilə və yaxut açıq dənizdə sərbəst buraxıla bilər. İdeya müəllifləri evlərin mühərriksiz olduğunu deyir və onları dəniz xizəkləri adlandırırlar. Onlar gələcəkdə bunu Dubaydakı “Avropa ürəyi” adasında yerləşdirmək -Dubay sahillərinin 4 kilometirliyində süni adalar yaratmaq istəyirlər. Burda 14 hotel və kurort, şəxsi villalar, çimərliklər, iqlim nəzarəti sistemli küçələr , habelə onlarla restoran və mağazalar olacaq. “Avropanın ürəyi” layihəsinin rəhbəri Cozef Klayndinst: “Biz bu layihədə 3 əsas ideya görürük, hansı ki, çox xoşumuza gəlir. Birincisi qayalıqlı, mərcanlı, ağaç restoranlar, barlar, idman zalları və hövuzlu evlərdən ibarət Maldiv kimi bir ada tikmək. İkincisi Dübaya dünyada ən yaxşı şeyini gətirmək, Üçüncüsü isə ixtiraçı olmaq-buna görə də üzən evlər fikirləşmişik”. Üzən məhəllənin tikintisi 2018-ci ildə başa çatdırılmalıdır və artıq 10 villaya müştəri çıxıb. Onların hər biri 3 milyon dollardır. / Teqlər : #Dubayda üzən evlərdən məhəllə salınır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynada Ramazan və Qurban bayramları istirahət günü kimi qeyd edilə bilər Heydər əl-Abadi: Fəluca terrorçuların işğalından azad olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO