Heydər əl-Abadi: Fəluca terrorçuların işğalından azad olundu 17 İyun 2016 01:00 Dünya Iraq hökuməti paytaxt Bağdadın qərbdə yerləşən Faluca şəhərinə nəzarəti bərpa edib." Fəluca terrorçuların işğalından azad olundu". Maide.Az xəbər verir ki, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib. “Növbəti hədəfimiz Mosul şəhəridir. İŞİD terrorçularına mesajım budur ki, sizin İraqda yeriniz yoxdur. İraq xalqı sizi istəmir”, deyə H.əl-Abadi bildirib. Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb. Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi. Teqlər : #Heydər əlAbadi: Fəluca terrorçuların işğalından azad olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dubayda üzən evlərdən məhəllə salınır Bəhreyndə camaat namazları qadağan olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO