Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirmiş rusiyalı hərbçinin alkoqol və narkotik istifadəçisi olmadığı müəyyənləşdirilib

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirmiş rusiyalı hərbçinin işi üzrə narkoloji ekspertiza başa çatıb.
 
APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın İstintaq Komitəsindən bildiriblər ki, Valeri Permyakov və daha 12 əsgərin alkoqol içki yaxud narkotik qəbul etdikləri müəyyən edilməyib.
 
Həmçinin V. Permyakov və Avetisyan ailəsinə məxsus mobil telefon nömrələrindən edilmiş və qəbul olunmuş zənglərin siyahısı hazırlanıb. Hazırda həmin siyahı əsasında V. Permyakov və Avetisyan ailəsinin üzvləri ilə telefon əlaqəsi yaratmış şəxslər dindirilir.
 
Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən V. Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb.

Google+ WhatsApp ok.ru