Nazarbayev növbədənkənar prezident seçkilərinə gedir

Qazaxıstanın hakim Nur Otan Partiyası Xalq Assambleyası Şurasının növbədənkənar prezident seçkiləri ilə bağlı təklifini dəstəkləyir.
 
"Trend" xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda deyilir: "Fevralın 14-də Qazaxıstan Xalq Assambleyası Şurası 2015-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə təşəbbüs irəli sürüb. Nur Otan Partiyası ölkənin aparıcı siyasi gücü kimi sözügedən təşəbbüsü tamamilə dəstəkləyir".
 
Məlumatda qeyd olunur ki, bu gün dünyada maliyyə-iqtisadi böhranın yeni dalğası yayılır. Vəziyyət ciddi geosiyasi gərginliyi şiddətləndirir. Bu fonda hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə ksenofobiya, dini dözümsüzlük artır, radikal hərəkatlar güclənir.

Google+ WhatsApp ok.ru