Ermənistanı gözləyən fəlakət

Yaxın gələcəkdə Ermənistanda iqtisadi artım olmayacaq.  Bu barədə jurnalistlərlə söhbətində tanınmış iqtisadçı Vardan Bostancyan bildirib.  O deyib ki, elektrik enerjisi tariflərinin qalxması ilə hər şeyin qiyməti artacaq. Ərzaqın və ilkin tələbat mallarının dəfələrlə bahalaşması Ermənistandan həyatı yaşanmaz edəcək.
 
"Ölkədə iqtisadi artımı hətta arzulamaq belə lazım deyil", - deyə Vardan Bostancyan vurğulayıb. Bununla yanaşı, Ermənistan KİV-ləri həyəcanla qeyd edirlər ki, 2015-ci ilin ilk 4 ayında ölkədə ərzaq məhsulları istehsalı 4% azalıb. Ölkənin milli statistika xidməti də qeyd edir ki, yanvar - aprel aylarında xaricdən ərzaq məhsulları idxalı da 24 milyon dollar azalıb. 
 
Mətbuat qeyd edir ki, ərzaq məhsullarının istehsalının və onlarının idxalının azalmasının əsas səbəbi əhalinin ödəniş qabiliyyətinin olmaması ilə bağlıdır. 
 
Ermənistan İqtisadiyyat Nazirliyinin bu il görünməmiş ərik məhsulunun hesabına hər şeyin yaxşı olacağı ilə bağlı verdiyi qələbə açıqlamaları sadəcə insanları əsəbiləşdirir. Çətin ki, əriyi yağ əvəzinə çörəyin üstünə sürtmək və ya əriklə şorba bişirmək mümkün olsun. 
 
Yəni nə qədər çox yalan danışırlar, bir o qədər də çox batırlar.anspress

Google+ WhatsApp ok.ru