Vyanada ağır müzakirələr davam edir

İranın nüvə müzakirələri üzrə Vyanada ekspert iclası bu gün başlayıb. Yekun Müştərək Təşəbbüs Proqramı mətninin əlavələrinin təkmilləşdirilməsi üzrə İran və Avropanın ekspert heyətlərinin müzakirələri İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasət və Təhlükəsizlik Baş İdarəsinin baş direktoru Həmid Bəidinejad və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun xüsusi köməkçisi Stefan Klementin başçılığı ilə yenidən başlayıb. 
 
Ötən həftə çərşənbə günündən Vyanada Yekun Müştərək Təşəbbüs Proqramının mətninin tənzimlənməsinə başlayan İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi bazar gününə qədər müzakirələri davam etdirib və bazar ertəsi günü Tehrana qayıdıblar. 
 
Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi üçün müzakirələrin 8-ci turunun təxminən 5 gün sürəcəyi gözlənilir.

Google+ WhatsApp ok.ru