Ermənistan polisi: Avtobusdakı partlayış fuqaslı olub

İrəvanda avtobusda baş verən partlayış fuqaslı kimi qiymətləndirilir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu “Feysbuk” səhifəsində Ermənistan polisi rəisinin müşaviri Narek Malyan bildirib.   
 
“Avtobus dizel yanacağı ilə işləyib, avtobus yanmayıb, “quru partlayış” baş verib, avtobus hərəkətdə olarkən partlayıb, sürücü sağdır, partlayış fuqaslı, qəlpəsiz olub”, - deyə Malyan qeyd edib.
 
Bundan öncə isə  Rusiya mətbuatı yazmışdır ki, Ermənistanın polis rəisi Vladimir Qasparyan məlumat verib ki, avtobusun partlamasına səbəb partlayıcı qurğu olub.. O bildirib ki, partlayıcı oturacaqlardan birinin altına yerləşdirilibmiş.
 
Qeyd edək ki, İrəvanın mərkəzində avtobusun partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
 
 
 
 

 

Google+ WhatsApp ok.ru