Gürcüstanda həzrət Əlinin (ə) mövlud tədbirləri davam edir -FOTO

Möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Rəcəb ayının 13-dən (21 apreldən) etibarən Gürcüstanın bir çox yerlərində müxtəlif bayram tədbirləri keçirilib.
 
Maide.Az xəbər verir ki, belə tədbirlərdən biri də ötən gün  müsəlmanların kompakt yaşadığı Marneuli şəhərində keçirilib. Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunan tədbirdə şəhərin din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olunan din xadimləri və dindarlar iştirak edib. 
 
Şirniyyat süfrəsi ətrafında təşkil olunan tədbirdə ilk öncə Quran tilavət olundu,  daha sonra  çıxış edənlər  İmam Əlinin (ə) fəzilətlərdən və heyat yolundan  danışdılar. 
Tədbirin sonunda Əhlibeyt məddahları Hz. Əlinin (ə) şəninə şeir, qəsidə və ilahilər oxudular.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru